YUĞ Dövlət Teatrının aktrisası Fəxri Fərmanla təltif olundu
11 Mart 2016 15:55 MədəniyyətYUĞ Dövlət Teatrının aktrisası Təranə Ocaqverdiyeva Milli Teatr Günündə teatr sənəti sahəsində xidmətlərinə görə, Azərtbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olundu. Təranə Ocaqverdiyeva 1999-2000-ci ilərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 2000-2005-ci illərdə Azərbaycan Dövlət Pantomima Teatrında, 2005-ci ildən isə Yuğ Dövlət Teatrında aktrisa kimi çalışır. 2005-ci ildə Murad İbrahimbəyovun "Üç qız" bədii filmində Pluşa rolunda çıxış edib. Aktrisa Yuğ Dövlət Teatrında hazırlanan "O məni sevir", "Şok", "Viy", "Eşq", "Kölgə", "Tabu", "Axırdan sonra", "Civilti", "Vəsl", "Bəlayi-eşq", "Boy", "Mister və Missis cəsəd" və s. tamaşalarda rol alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31