Aygün Kazımova onun ermənilərlə əlaqəsindən yazanları məhkəməyə verir
11 Mart 2016 14:00 MədəniyyətXalq artisti Aygün Kazımova bir sıra mətbuat orqanlarını məhkəməyə verir. O, bir neçə gündür haqqında yerli mediada yayılan şər və böhtan xarakterli yazılara görə məhkəməyə müraciət etməli olub. Xalq artisti açıqlamasında bildirib ki, onun ermənilərlə əlaqəsini sübut etməyə çalışan bütün saytlar və yazı müəllifləri məhkəməyə veriləcək: "Əvvəlcədən xəbərdarlıq etməsəydim, bəlkə də onları başa düşərdim. Xəbərdarlığıma baxmayaraq, jurnalistlər heç bir araşdırma aparmadan haqqımda həqiqəti əks etdirməyən, şər və böhtan xarakterli yazılar dərc ediblər. Bu səbəbdən vəkilim artıq işə başlayıb. Həmin xəbərləri yazan bütün jurnalistlər və media qurumları məhkəmədə cavab verəcəklər".
Qeyd edək ki, Aygün Kazımova bir neçə gün öncə radiolardan birində çıxışı zamanı barəsində belə xəbərlərin yayılacağı ilə bağlı mətbuatı məlumatlandırmışdı.