"Bura Hollivud deyil ki..." - Ramiz Novruz

Yaxın günlərdə "Şər qarışanda" filmində çəkilən xalq artisti Ramiz Novruz tamaşaçıların filmə reaksiyasından danışıb. Teleqraf.com-a açıqlamasına görə, insanlar filmdəki obrazını yaxşı qarşılayıblar: "Filmdən sonra tamaşaçıların reaksiyaları çox yaxşı oldu. İlk dəfə idi ki, mənfi obraz canlandırırdım. Ən azından insanlar filmə laqeyd qalmadılar. Hazırda film və seriallardan da təklif var. Bura Hollivud deyil ki, təklif ola, sən də imtina edəsən. Rövşən İsaxın seriallarında çəkiləcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31