Mətanət Əsədova əkizlərdən üzr istədi

Müğənni Mətanət Əsədova əkizlər Sevil və Sevincdən üzr istəyib. Axşam.az-ın məlumatına görə, ifaçı "Hər şey daxil" verilişində əkizlərin atası dünyasını dəyişəndə yas mərasiminə gedə bilməməsindən və bunun səbəbindən danışıb:

"Sizin atanız dünyasını dəyişəndə yasa gələ bilmədim. Həmin ərəfədə mənim də ailəmdə, əzizim dünyasını dəyişdi. Bunu musiqi aləmində heç kim bilmədi. Bizim işimiz elədir ki, xalqın qarşısına gözəl əhvalda çıxmalıyıq. Mən bir neçə il əvvəl yasım olanda 3 aydan sonra efirə çıxdım. Hamı məni daş-qalaq etdi. Dərdi daşıyan mənəm. Nələr çəkdiyimi heç kim bilməz. Məni üzrlü sayın. Toyunuz olsun, 1 həftə başım ona qarışsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31