Mətanət İsgəndərli sirrini saxlaya bilmir
10 Mart 2016 19:40 MədəniyyətƏməkdar artisti Mətanət İsgəndərl özü ilə bağlı etiraf edib. Gecce.az xəbər verir ki, "Belə yaxşıdır" verlişində qonaq olan əməkdar artist təəssüflə öz sirrini saxlaya bilmədiyini dilə gətirib: "Mənə etibar edib sirlərini danışırlar. Onların sirrini əsla faş etmərəm. Amma öz sirrimi saxlaya bilmirəm, danışıram". Aparıcı Kamilə Babayevanın "sənətdən getsəniz, kim sevinər?" sualına belə cavab verib: "Təbii ki, məni sevməyənlər. Mümkün deyil ki, bir nəfəri hamı istəsin. Bilirsiz ki, tez-tez yeni mahnılar yazdırıram. İnternetdə yeni mahnılarımdan birini dinləyən bir nəfər yazmışdı ki, "hələ bu ölməyib?" Məni istəməyənin yanaşması idi". Əvvəllər "el qızı", son vaxtlar isə "Kleopatra" kimi təqdim edilən Mətanət xanım bu barədə də danışıb: "El qızı adını sənətdə külüng calaraq qazanmışam. Kleopatra adı yeni çıxıb. Azdramada Əliabbas Qədirovun xatirə gecəsində idim. Orada jurnalistlərdən birinin sualına cavab olaraq, "Kleopatra rolunu oynamaq istəyərəm", - deyə fikir bildirdim. Bu, sadəcə bir arzu idi, dilə gətirdim. Ondan sonra söhbət uzandı. Amma "el qızı"nı bu ada dəyişmərəm".