Aygün Röya, Natavan və Elnarə haqda: "Onlara "cıqqılı qızlarım" deyirdim"

Xalq artisti Aygün Kazımova "Bizimləsən" verilişinin qonağı olub. Axşam.az  bildirir ki, proqramın qonağı olan müğənni Elnarə Xəlilova A.Kazımova ilə bağlı xatirələrini bölüşüb. Sənətçi xalq artistinin "W-trio" zamanı onlara (qrupun üzvləri əməkdar artist Röya Ayxan, müğənni Natavan Həbibi və Elnarə Xəlilova idi) dəstək olduğunu bildirib: "17 il bundan əvvəl 106 FM radiosunun ad gününü qeyd edirdik. Vaqif Gərayzadə ilə məclisə getmişdik. Vaqif Gərayzadə deyirdi ki, səni Aygün Kazımova ilə tanış edəcəm. Onda qara libas geyinmişdi. Mənə çox maraqlı idi ki, niyə belə qara geyinib? Sən demə, əməliyyatdan yeni qayıdıb. Qara libasın altında bədəni bütün tənziflə sarıqlı idi. Mən onu eşidəndə şokda idim". Daha sonra verilişdə A.Kazımovanın R.Ayxan, N.Həbibi və E.Xəlilova ilə birlikdə olan videosu nümayiş edilib. Müğənni onlarla bağlı fikirlərini bölüşüb: "Vaqif müəllim tələbə götürəndə biz böyüklərin xəbəri olurdu, onlara dəstək dururduq. Onlar mənim cıqqılı qızlarım idi. Elnarə bəzi şeyləri yadıma saldı. Onlara həmişə "mənim cıqqılı qızlarım" deyirdim. Onlara bizim kimi böyük ifaçılar dəstək olmalı idi, olurduq da. Konsertimdə onları da səhnəyə çıxardırdım. İnanıram ki, yaxşı olacaq. Təbii ki, hansısa səhvlər olur. Biz örnək müğənnilər də belə yanlış addım atırıq. Əsas odur ki, çoxluq, birlik olsun. Onda kənarda ayrı qalanlar da görüb, çoxluğa tabe olacaqlar. Onlar da yavaş-yavaş bizə yaxın gələcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31