İzzət Bağırov hansı şou-biznes nümayəndəsini təriflədi?

Müğənni İzzət Bağırov aparıcı-aktyor İlkin Həsənidən söz açıb. SİA-ya danışan ifaçı bunları deyib: "İlkinin qazandığı hər bir uğur mənim üçün fəxrdir. O, mənə qardaşım kimidir. İ.Həsəni ilə zamanında "Bu şəhərdə" komandasının da rol aldığı eyni filmdə oynamışam. Həmin ekran işində İlkinlə xuliqan uşaqlar obrazını canlandırırdıq. Bundan başqa İlkin Həsəninin "Bozbash pictures" serialına çəkilmişəm. Həmin filmdə ekran işində rol alan Elşən Orucov (Fəlakət) maşınımı qaçırdır. Bir sözlə İlkinin özü və komandası ilə hər zaman filmə çəkilməyə hazıram". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31