Aygün Namiqə görə intihara cəhd edib?
7 Mart 2016 11:42 MədəniyyətXalq artisti Aygün Kazımova bir vaxtlar böyük sevgi yaşadığı Namiq Qaraçuxurlu haqqında danışıb. Big.az-a istinadən xəbər verir ki, "ATV maqazin onlarla" verilişində xalq artisti bildirib ki, 7 illik sevgisi xəyanət və intihara cəhdlə bitib:
"Son sevgim gözünüzün qabağında olub. Amma gerçəkləri heç kim bilmir. Heç kim bilmədi aramızda nə baş verdi. Nədən ayrıldıq, kim getdi, kim qaldı və kim tərk etdi. Kim intihara cəhd etdi, kim aylarla özünə gələ bilmədi... Kim intihar etdi, amma ölmədi. Bunu heç kim bilmir. Bu barədə bir gün daha geniş danışacağam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31