Aygün Kazımova: "O şəkillərdə baş mənim, lüt bədən başqasının idi"
4 Mart 2016 16:05 MədəniyyətXalq artisti Aygün Kazımova özü və qızı İlqarə Kazımova barədə gəzən şayiələrə münasibət bildirib. Lent.az məlumatına görə, 106.3 FM-də qonaq olan ifaçı bildirib ki, ona qarşı qara piar hazırlanıb:
"Bir müddət öncə montaj olunmuş şəkillərimi yaymışdılar. Amma həmin şəkillərdə baş mənim, lüt bədən başqasının idi. Qızım İlqarəyə də bu cür şər atdılar. Lüt rəqs edən bir qızın videosunu paylaşıb, mənim övladım olduğu iddia etdilər. O görüntüyə baxan hər kəs açıq-aşkar görürdü ki, bu, İlqarə deyil. Mənə və qızıma şər atırlar. Bu yaxınlarda isə xəbər çıxacaq, hamıya qabaqcadan deyirəm. Bir qrup tərəfindən mənə qarşı tələ hazırlanır. Guya mən üzdəniraq qonşularımızla şəkil çəkdirmişəm. Demək istəyirəm ki, erməniyə güllə atan, onlarla dostluq etməz, əylənməz".