Ceyhun Əliyev həmkarlarına ağıl verdi

Müğənni və bəstəkar Ceyhun Əliyev gənc həmkarlarına ötən əsrin klassik mahnılarını tez-tez yada salmağı tövsiyə edib. "Olaylar"a bu haqda ifaçının özü danışıb: "Gənc ifaçılar bəhanə etməsinlər ki, bu mahnıları bizdən istəmirlər, əvvəlki kimi sevilmir və s. Əməkdar və xalq artistləri klassik mahnıları yeni aranjimanda oxuyur və repertuarına rəng qatır, uğur qazanır. Gənclər də bu tendensiyaya qoşulmalıdır. Problem budur ki, bəzi ifaçılar janrına uyğun mahnı seçimində əziyyət çəkir. Nə yaxşı ki, "Ötən əsrin mahnıları" müsabiqəsi keçirirldi. Məndə o müsabiqədə iştirak edib, nəsə öyrənmişəm. Məktəb keçən gənclərə pedaqoqları bunu mütləq aşılamalıdır".

Ceyhun düşünür ki, gənclər ailədə də bunun təbliği ilə məşğul olmalıdır: "Gənc müğənnilər, özüm daxil övladlarımıza aşılamalıyıq. Çox təəssüf ki, orta məktəblərdə musiqi dərslərinə elementar yanaşırlar. Yaxınlarımın övladlarında bunu görürəm. Demirəm uşağa not, solfecio öyrədilməlidir. Bəstəkarlar, məşhur əsərləri haqqında dolğun məlumat verilməlidir. Bizim dövrümüzdə bir-iki mahnı öyrədirdilər, vəssalam. Musiqi nəzəriyyəsinin orta məktəblərdə güclü təbliğatının tərəfdarıyam. Uşaq bilsin ki, Üzeyir Hacıbəyov, Tofiq Quliyev və başqa bəstəkarlar musiqi aləminə nələri bəxş edib. Təəssüf ki, məktəblilər ən asan dərsin musiqi dərsi olduğunu deyir. Eyni zamanda şagirdlər rəsmxətt dərsini vacibə almırlar. Halbuki bu gün Azərbaycanın hüdudlarından kənarda nə qədər rəssamlar, musiqiçilər tanınınır. Təməlini yaxşı başlamalıyıq ki, gələcək üçün peşəkarlar yetişdirə bilək. Mən öz övladıma, yaxınlarımın övladlarına çaılşcam ki, bunları dərindən aşılayım. Onlar indidən sənətkarlarımızı tanımalı və onların yaradıcılıqlarından xəbərdar olmalıdırlar. Musiqi bizim qanımızda axır, bunu yaxşı şəkildə təbliğ etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31