"Mən şou-biznesin Hürrəmiyəm"
3 Mart 2016 18:37 MədəniyyətMüğənni Xatun Əliyeva özünü şou-biznesin "Hürrəmi" adlandırıb. Axşam.az-a açıqlama verən sənətçi bu titulu ona xalq artisti İlhamə Quliyevanın verdiyini deyib. X.Əliyeva mərhumla bağlı sosial şəbəkədə yazılan mənfi fikirlərə də münasibət bildirib:
"İnstaqram-da İlhamə xanımın ünvanına elə şeylər yazırlar ki... Düşünürəm ki, biz öləndə nə edəcəklər? İlhamə xanıma nə olub? Bülənt Ərsoydan pisdir? Bülənti qaldırıb diva ediblər. İlhamə Quliyevanı görün necə etdilər. Mən onunla həmişə mehriban olmuşam.
Necə kraliça idisə, elə də rəhmətə getdi. Hərdən insan öləndə əziyyət çəkir. Bu isə yox. Dünyadan köçənlərin dalınca danışmaq olmaz. İlhamə xanım mənə "Hürrəm sultan" adını vermişdi. Çalışacam o adı doğruldum. Mənim tac iddiam yoxdur. Hürrəm kimi tacı ilk dəfə mən taxmışdım, İlhamə xanımın da xoşuna gəlmişdi".