Tanınmış aparıcı illərin sirrini açdı: "İlhamə Quliyeva sonsuz olmayıb"

Tanınmış aparıcı Sərxan Kərəmoğlu illərlə örtülü qalan sirlərin üstünü açıb. İlhamə Quliyevanın ölümündən sonra böyüyən miras davasında və qızının olub-olmaması barədə danışan aparıcı xalq artisti ilə illərdir küsülü olduğunu etiraf edib: "Düzdür, İlhamə Quliyeva ilə çox yaxın olmuşuq. Ona məndən yaxın kim ola bilərdi ki?! Sadəcə, son zamanlar münasibətimiz yox idi. Demişdim özünə ki sən öləndə mən gəlməyəcəm, mən də ölsəm, sən gəlməzsən. Gülüb, razı olmuşdu".

Big.az-a danışan aparıcının müğənni Əli Mirəliyevə verdiyi cavab çox sərt olub:

"Əli Mirəliyev deyir ki, İlhamə sonsuz olub, uşağı olmayıb. Ağ yalandır. İlhamə Quliyevanın uşağı olub, amma 7 aylığında uşaq ölü doğulub. Yalan danışmasın, yekə kişidir. İlhamə Quliyeva sonsuz olmayıb. Həmişə özü belə deyirdi".

Aparıcı bildirib ki, əlində kifayət qədər video sübutlar var. Və həmin videolarda İlhamə Quliyeva bildirib ki, oğlu onun varisidir: "Təbii ki, İlhamə Quliyevanın varisi oğlu Orxandır. Sübutlar zamanı gələndə təqdim olunacaq. O zamanlar Orxanı oğlu kimi sənədləşdirmək istəyirdi, hətta yadımdadır Elmira xanım adlı bir tanışı var idi. Həmin Elmira xanım ali orqanda işləyirdi, amma dəqiq bilmirəm harada və soyadı nə idi. İlhamə xanım bu işi onunla həll etmək istəyirdi, amma sənəd işləri uzun zaman aldığı üçün bu proses alınmadı. Deyirdi ki, mənim varisim Orxandı. Orxanı düz-əməlli qoymadı oxusun, ya işləsin. Deyirdi ki, var-dövləti nə edirəm ki... Onsuz da, nəyim var Orxana qalacaq. Təki Orxan yanımda olsun. Sadəcə, Orxan evə gec gəlirdi, siqaret çəkirdi. İlhamə xanım da yaşlı adam idi, başı götürmürdü o şeyləri... Mən sizə 18-20 il öncədən danışıram".

Aparıcı bildirib ki, İ.Quliyevanın qohumu Əli Mirəliyevdən xoşu gəlmirdi: "Bir şəhid ermənini necə sevərdisə, İlhamə xanım da Əlini elə sevirdi. Səhərə qədər öləndən sonra Orxanla mən onun başında oturmuşuq. Mən bilmirəm ki, Ə.Mirəliyevin bu işdə nə marağı var ki, düşüb ortalığa... Əgər bu miras bölünsə, hərəyə 50-60 min düşəcək, bəs bu Orxanın bundan sonrakı taleyi nə olacaq? Düşünmək lazımdır. O kirayədə qalır, sağlığında ciddi problem var. Əli Mirəliyevin sənəti yoxdur, ona görə bu cür mövzularla şou yaradır. Onun Samirə adında bir qızı var, insan görəndə istəyir ki, ürəyini çıxarıb o qıza versin. Amma Əli Mirəliyev... Nə sənəti var, nə də ki, insanlığı...".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31