"Uşağımı Elşada görə itirdim" - Oksana
2 Mart 2016 19:33 MədəniyyətRəqqasə Oksana Rəsulova hamiləliyi ilə bağlı etiraflar edib. Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində uşağını Elşada görə itirdiyini bildirib: "Bu uşaq üçün biz bankdan böyük məbləğdə kredit götürdük. Həkimlərə müraciət etmək üçün pul lazım idi. Biz uşağı hədsiz gözləyirdik. Elşad necə uşaq sevəndir, təsəvvür edə bilməzsiniz. Hər şey yaxşı oldu, mən hamilə qaldım. 2-3 ay keçəndən sonra böyük stres yaşadım və hamiləliyim bitdi. Biz də ayrıldıq. Yaşadığım o stresin günahkarı Elşad idi. Mən Elşadsız uşağı nə edirəm? Əgər o öz sağlamlığını qorumurdusa, neyləyim uşağı? Mən uşaqdan çox Elşadı sevirdim. Elə indi də elədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31