İlhamənin bacısı: "Əli Mirəliyev kimdir?"

Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra gündəmə gələn miras qalmaqalına bacısı da qoşulub. Milli.Az bildirir ki, mərhum müğənninin bacısı Gülbahar Quliyeva qafqazinfoya açıqlamasında söz-söhbətlərin artacağını, tufan qopacağını bildirib:

"Əli Mirəliyev kimdir? Əli İlhamənin dayısı qızının əridir, heç kimdir. Biz İlhamənin yasını tuturuq. Mən onun bacısıyam, biz miras davası etmirik. Ancaq İlhamə Quliyevanın doğmaları bizik. Hamı bizim kim olduğumuzu bilir. İlhamənin bizə olan münasibətindən də xəbərdardırlar. Əli Mirəliyev rəsmi nümayəndədir? Kimdir o? İlhamənin heç qan qohumu da deyil. Bacım onları heç vaxt öz yaxınına buraxmayıb. Bu söhbətlər mal davasıdır? Vallah, ayıbdır. İlhamənin mal varlığını Allah bilir.

Bu miras kimə lazımdırsa, ona da veriləcək. Oğlu varsa, mülk oğluna qalsın. Bəlkə, bir yerdən qızı da çıxdı. Xəstə qadınam, belə şeylərə əsəbləşirəm. Ay Allah, bunlar necə adamdırlar? Bu gözlənilən bir şey idi, bilirdim ki, belə qalmaqallar olacaq. Prosesləri izləyək, çox söz-söhbət olacaq, tufan qopacaq. Bu məsələni danışanlara ayıb olsun. Bunlar öz aralarında çox vuruşacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31