Afaq Gəncəli: "Nərgiz mənim bacımdır"
1 Mart 2016 11:16 MədəniyyətATV kanalının tanınmış aparıcıları Afaq Gəncəli və Nərgiz Vahabqızının dostluqları artıq nümunə olub. Bir çoxları şou-biznes nümayəndələrinin dost olmağı bacarmadığını desələr də, bu iki rəfiqə tam əksini sübut etdi. Hər yerdə qoşa görməyə alışdığımız aparıcı xanımları bu dəfə də yanaşı gördük. Milli.Az bildirir ki, aparıcı Afaq Gəncəli big.az-a açıqlamasında Nərgizi dost yox, bacı adlandırıb: "O mənim dostum yox, bacımdır. Allah mənə təbii yolla bacı qismət etməsə də, mənəvi yolla deyə bilərəm ki, Nərgiz mənim bacımdır. Heç dilim gəlmir ki, ona dost deyim. Anam da artıq onu qızı kimi qəbul edib. O mənim nəfəsimin haradan gedib, haradan gəldiyini bilir, mən də onun... "
"Bəs belə qardaş qədər güvənəcəyin bir dostun varmı?" sualına aparıcı xanım səmimiyyətlə cavab verib: "Tam səmimi deyim ki, dostlarım, xətirlərini çox istədiyim insanlar çoxdur. Amma qardaş qədər güvənəcəyim bir əzizim, canım olan insan yoxdur".