"O qadınlardan özüm uzaqlaşmışam" - Aqil M.Quliyev
29 Fevral 2016 19:00 MədəniyyətRejissor Aqil M.Quliyev özü ilə bağlı maraqlı etiraf edib. Axşam.az-ın məlumatına görə, rejissor "Qonaq gəl bizə" verilişdə xanımlardan söz açıb: "Qadınlar var idi ki, məni aksessuar kimi istifadə edirdilər. Özlərini ətraflarındakı insanlara göstərirdilər ki, "Mən Aqil M.Quliyevlə görüşürəm". Hərdən bilərəkdən bu işə getmişəm. "Bəyaz həyat" serialından sonra bu istək lap çoxaldı".
Aqil M.Quliyev ailə qurmamasının səbəblərini açıqlayıb:
"Hər gün eyni ssenari məni yorar: səhər yuxudan oyanırsan eyni qadını görürsən, hər gün uşağı məktəbə apar. Təkrar həyat yaşayırsan. Mən bunu istəmirəm. Hamı elə bilir ki, mənim həyatımda ancaq modellər, məşhurlar olub. Amma həyatımda çox layiqli qadınlar olub. Onlarla ailə qurmaq mənim üçün şərəf olardı. Mən onlardan qaçmışam".