Ceyhundan həmkarlarına tənqid

"Qışqırıq səslə oxuyurlar"

Müğənni və bəstəkar Ceyhun Əliyev canlı ifadan söz açıb. Onun fikrincə, məclisləri fonoqrama ilə idarə edənlərin dövrü artıq bitib. İnsanlar məclisində 6 saat canlı oxuya bilən sənətçilərə çörək pulu qazandırır:
"Bəzi müğənnilər var ki, nəinki 6, hətta 8, 10 saat canlı oxumağa qadirdir. Mən özümü həmin siyahıda görürəm. Belə deyim, artıq yaxşı oxuyanların vaxtı gəlib çatıb. Ötən illərdə kim necə gəldi, məclisinə müğənni dəvət edirdi. Amma indi insanlar istəyir ki, həm yaxşı oxuyan olsun, həm yaxşı qiymət "oxusun", həm də reklamı və qabiliyyəti olsun. Ancaq bunları bir arada tapmaq çox çətindir. Hərdən deyirəm gəlin, 4-5 min manata toy oxuyan və sadaladıqlarımı özündə cəmləşdirən bir nəfər tapaq, mümkün olmur. Çox yaxşı oxuyanlarda, bəllidir ki, çox baha qiymətə gedir. Bunları hamı tanıyır".
C.Əliyev hesab edir ki, artıq fonoqramanın dövrü bitib. Müğənnilər nadir hallarda bu üsuldan istifadə edir:
"İndi məclislərə 2-3 hit mahnısı ilə tulalnıb-düşən yox, həqiqətən də oxuya bilən müğənniləri dəvət edirlər. Əvvəllər müğənni canlı oxuya bilməsə də, fonaqramı ilə məclisi idarə edib, çıxıb gedirdi. Artıq insanlar əsl canlı ifa tələb edir. Oxumaq lazımdır, danışmaq yox. Qüsurları studiyada ötr-basdır eləmək olar. Amam səhnədə canlı oxuya bilməsən, bu bıyabırçılıqdır. Ona görə də, ələnmə gedir. Bəzi xanım müğənnilər qışqırıq səslə oxuyurlar, elə bilirlər əladır. Bir-iki dostu-tanışıda durub əl çalır. İfaçı ara-bir özünü dinləyib, qüsurlarını görə bilməlidir. Özünü tənqid etməyi bacarmalıdır. Vay o müğənnilərin halına ki, bir-iki mahnı oxuyub məşhur olublar, indidə qalıblar boşluqda. Nə valideyin onlara pul tökür, nə sponsor onlara pul xərcləyir. Mən buna sevinmirəm, acıyıram. Hər zaman qarşımdakı insanı tənqid etməzdən öncə, özümə baxıram, səhvim varsa onü düzəldirəm ki, ictimai qınağa çevrilməyim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31