Oksana Natavanla küsməsinin səbəblərini açıqladı

Rəqqasə Oksana Rəsulova rəfiqəsi, müğənni Natavan Həbibi ilə küsməsinin səbəblərini açıqlayıb. Axşam.az bildirir ki, sənətçi "ATV maqazin onlarla" verilişində dostlarına çox etibar etməkdən şikayətlənib:

"Mənim dostlarımın çoxu kişilərdir. İki xanım rəfiqəm var idi: İlhamə Qasımova və Natavan Həbibi. Səhv mənimdir ki, insanları özümə çox yaxın buraxıram. Elə düşünürəm ki, dostum bacımdır, qardaşımdır. Kimsə dostumu daş-qalaq edirsə, özüm cavab verirəm. Amma yanlış düşünmüşəm. Natavan seçim etməli idi və etdi də... Özü bilər. Ona elə yaxşıdır, mənə də belə. Onla mənim şəxsi məsələlərim var. Mənim həyat təcrübəm çox azdır, insanları tanıya bilmirəm. Ən böyük zəifliyimdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31