Aygün Kazımova məşhur mükafata namizəd oldu

Xalq artisti Aygün Kazımova məşhur "Daf Bama Music Awards 2016" mükafatına namizəd edilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə "Daf Entertainment" şirkəti rəsmi səhifəsində məlumat yayıb. A.Kazımova "Ən yaxşı azərbaycanlı xanım ifaçı" və "İlin ən yaxşı sənətçisi" nominasiyalarına namizəd olub.

Qeyd edək ki, mükafatlandırma mərasimi bu ilin avqust ayında Almaniyanın Hamburq şəhərində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31