“Sarı Gəlin-XX əsr Azərbaycan Ədəbiyyatdan seçmələr- Musiqili hekayətlər” antologiyası çap olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Sarı Gəlin-XX əsr Azərbaycan Ədəbiyyatından seçmələr- Musiqili hekayətlər" əsəri 2 dildə nəşr olunub. "OLAYLAR"-ın xəbərinə görə, kitabın tərtibçi redaktoru və ideya müəllifi Səlim Babullaoğlu, musiqi alətləri haqqında məqalələrin müəllifi isə Ziyadxan Əliyevdir. Tərcümələr Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində hazırlanıb. Kitab Azərbaycanın milli musiqi mədəniyyətinə, klassik və çağdaş Azərbaycan ədəbiyyatına hörmətin bir əlaməti kimi ərsəyə gəlib. "Musiqili hekayətlər" kitabının konsepsiyasında Azərbaycanın XX əsr klassiklərinin və müasirlərinin əsərləri ilə yanaşı, ölkəmizin qədim köklərə malik olan musiqi alətləri-tar, kamança, saz, balaban, ud və tütək haqqında əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin müfəssəl məqalələri daxil edilib. Kitabda insanın həyatının musiqidə necə əks olunduğu göstərilib. Kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31