"O, müasirliyi lütlənməklə ölçür" - Natavandan Röyaya VIDEO
29 Fevral 2016 10:50 MədəniyyətMüğənni Natavan Həbibi həmkarı Röya Ayxandan danışıb.Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində həmkarının onlar haqqında dediyi "Mənə həmişə çuşka deyirdilər" sözlərinə cavab verib:"İndi də ona elə deyə bilərəm. Röyanı mən tanıyan kimi heç kim tanıya bilməz. Biz bir-birimiz üçün ulduz ola bilmərik. Mənim münasibətim heç vaxt dəyişə bilməz. Heç vaxt deyə bilmərəm ki, "A o ulduzdur".N.Həbibi Röyanın "İndi mən Natavanla Elnarənin geyiminə baxıb deyirəm, eh... İngilis dilini bilməklə deyil ki..." sözlərini məsxərəyə qoyub. İfaçı həmkarı ilə münasibətlərinin olmadığını da etiraf edib:"Bizi bəyənməz. Biz qapalı geyinirik. O da müasirliyi lütlənməklə ölçür. Özü lütdənir. Biz qapalı geyinirik, geridə qalmışık. Elə hesab etsin. Biz görüşmürük, ortaq dostlarımız da yoxdur. Hər kəsin öz dostları, ətrafı var".