Flora Kərimova nazirin çıxışından danışdı: "Düşüncəsinə zidd olan fikri..."
27 Fevral 2016 14:29 MədəniyyətXalq artisti Flora Kərimova ötən gün İlhamə Quliyevanın vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışına münasibət bildirib.
Milli.Az big.az-a istinadən xəbər verir ki, F.Kərimova bildirib ki, ölkədə olan matəmin ağırlığı nazir Əbülfəs Qarayevə təsir edib:
"Bəlkə də ümumi mənzərə və ölkədə olan matəmin ağırlığı nazirin mərhum haqda fikirlərinə təsir edib və əminəm ki, təbiətində olmayan, düşüncəsinə zidd olan fikri səsləndirmək niyyətində də deyildi. Və mərhuma münasibət göstərmək ona verilən ordenlə (layiq olub-olmaması tam başqa mövzudur), protokola görə əməl olunur və bunu sayğı, hörmət ilə qarışdırmayın".
Qeyd edək ki, ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı müzakirələrə yol açıb. Nazirin "İlhamə Quliyevanı da şəhidlərin sırasına qatıram" sözləri birmənalı qarşılanmayıb.