Natavan Həbibi: "Ruhun şad olsun, mənim gözəlim"

Xalq artisti İhamə Quliyevanın gözlənilmədən dünyasını dəyişməsi tanınmış estrada ulduzu Natavan Həbibiyə də şok yaşadıb. Primetime.az-a istinadən xəbər verir ki, Həbibi bu üzücü hadisə ilə bağlı bunları deyib:  "Kiminsə ölümünə sevinmək insanlıq deyil, kişilik deyil. İlk növbədə, ölümdən heç kimin sığortalanmadığını qavramaq-anlamaq lazımdır. Hamı üçün haqq olan ölüm bir gün hamının qapısını döyəcək. Bütün dinlərdə insan ölümünə sevinmək qəbuledilməzdir.

Müsəlmanlıqda bu, böyük günahdır. Ölümə sevinmək insanlığı itirmənin son addımıdır. İnsanlığınızı itirməyin! İlhamə Quliyeva bu gün dünyasını dəyişib, ölümündən bir neçə gün əvvəl görüşdük, danışdıq, hətta son görüşümüzdə belə halından məmnunluğu, həyatsevərliyi ondan əksik olmamışdı. Allahdan ona rəhmət diləyək. Ruhun Şad Olsun, mənim gözəlim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31