"İlhamə haqsız deyildi"

Xalq artisti İlhamə Quliyevanın vəfat etməsinə məşhur estrada ulduzu Röya Ayxan da münasibət bildirib. Primetime.az bildirir ki, Röya kədərini belə ifadə edib: "İlhamə Quliyeva sənətə gəldiyim ilk gündən dayanmadan məni dəstəkləyib. Səhvimi də, doğrumu da telefonla özümə deyib. O, heç vaxt efirdən ünvanıma iradlarını ünvanlamayıb. Çox pis olmuşam. İlhamə xanım sənətkar idi.

Mən o qadını çox istəyirdim. Baxmayaraq ki, hər kəs onun xasiyyətinin ağır olmasından şikayət edirdi. Amma İlhamə Quliyevanın xasiyyəti nə çətin, nə də qorxulu deyildi. O, əslində hər zaman haqlı mövqedən çıxış edirdi. İlhamə xanım haqsız deyildi. Bu sənətkarı yaxından tanıyanlar onun hansı ürəyə sahib olduğunu bilirdi. Allah İlhamə xanıma rəhmət etsin, yeri cənnət olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31