Floranın övladları İlhamənin ailəsinə başsağlığı verdi
25 Fevral 2016 16:27 MədəniyyətXalq artsiti Flora Kərimovanın övladları səhər saatlarında vəfat etmiş xalq artisti İlhamə Quliyevanın ailəsinə başsağlığı veriblər.
Bu barədə aznews.az-a açıqlamasında F.Kərimovanın köməkçisi Yaqut xanım deyib. O qeyd edib ki, F.Kərimovanın oğlu Oqtay Almaniyadan, qızı Zümrüd isə Londondan zəng vurub mərhum İlhamə Quliyevanın ailəsinə başsağlığı verib.
Yaqut xanım onu da əlavə edib ki, İ.Quliyeva ilə bağlı verilən sualların heç birinə F.Kərimova cavab verməyib: "Flora xanımın səhhəti yaxşıdır. Hələ ölməyə tələsmir".
Qeyd edək ki, 73 yaşlı İlhamə Quliyeva fevralın 25-də səhər saatlarında dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31