"Həmişə deyirdi ki, məni anamın yanında dəfn edin"
25 Fevral 2016 15:53 Mədəniyyət"Lider" telekanalının aparıcısı Lamiyə Ələkbərova bu gün səhər saatlarında dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşüb. Axşam.az bildirir ki, aparıcı müğənni ilə dünən gecə telefonla danışdığını deyib:
"Həmişə deyirdi ki, məni anamın yanında dəfn edin, üstümə qırmızı örpək sərərsiniz. Dünən 2 saat dərdləşdik. Çox həyatsevər əhvalı var idi. Dedi ki, "8 Martda verilişə gələcəm. Studiyanı gül-çiçəklə bəzəyin". Səhər halı pisləşib, köməkçisi dərman verib. Təcili yardım çağırıb, amma çatdıra bilməyiblər. Səhər yerindən heç dura bilməyib".
Mərhumun evinə gələn müğənni Əlikram Bayramov da ifaçıya Allahdan rəhmət diləyib:
"Həyatımda, sənətimdə böyük rolu olan insandır. Allah ona rəhmət etsin. Hər bir zaman ürəyimizdə olacaq. Mahnıları unudulmayacaq".