İlhamə haqqında artıq-əksik yazanlara: "Nə vaxt bu qədər qəddarlaşdıq?"

Gənc aktrisa Pərvin Abıyeva dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın ölümündən sonra onun haqqında xoşagəlməz rəylər səsləndirənlrə üzünü tutub. Big.az bildirir ki, aktrisa artıq-əksik ifadələr işlədənlərə görə əsəbiləşib:

"Biz millət olaraq nə vaxt belə iyrənc bir şəkil aldıq?! Nə vaxt bu qədər qəddarlaşdıq? Bu sənətkar hələ bu gün səhər dünyasını dəyişib! Hələ torpağa girmədən insanlar ağızlarına gələni danışırlar! Harada qaldı bəs bu insanın o adı-sanı? Ad-san olmasa belə o bir insandır! Bu qədər iyrənc sözləri danışmaq olmaz! Vicdanınız olsun, ölüyə hörmətiniz olsun! Hamımızın evindən kimsə gedəcək, onda inşallah, bu qadının hələ torpağa qoyulmadan haqqında şəkillərinin, xəbərlərinin altına yazdığınız alçaq rəylərinizi yadınıza salıb özünüzdən iyrənərsiniz! Bir az içinizdə insan sevgisi olsun! Olmasa belə, kəsin səsinizi c.... Rəylərinizi içinizdə saxlayın, nifrət qusmayın! O sözləri yazmaqla kimin ağlı artır?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31