Xalq artisti İlhamə Quliyeva sabah II Fəxri xiyabanda dəfn olunacaq
25 Fevral 2016 15:12 MədəniyyətXalq artisti İlhamə Quliyeva sabah dəfn olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuatla iş sektorunun müdiri İntiqam Hümmətov APA-ya bildirib ki, xalq artisti ilə vida mərasimi fevralın 26-da saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək. İ. Quliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, xalq artisti bu gün səhər 73 yaşında vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31