İlhamə Quliyevanın oğlundan jurnalistlərə SƏRT sözlər

Bu gün vəfat etmiş xalq artisti İlhamə Quliyevanının oğlu Orxan Nadirov mərhumun hüzr mərasiminə gəlmiş jurnalistlərə qarşı hörmətsizlik edib, onlarla aqressiv davranıb. Musavat.com-un reportyorunun İ.Quliyevanın yaşadığı evin önündən verdiyi məlumata görə, jurnalistlərə qışqıran O.Nadirov deyib: "Sizin öləniniz olub? Sizin keçirdiyiniz hisslərdən keçirirəm". O bunu deyəndən sonra uzaqlaşıb. Onu da qeyd edək ki, mərhumun yaxınları sahə həkiminin xalq artistinin ölümünə dair yazdığı arayışı jurnalistlərə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31