Flora Kərimova: "Heç kim bir daha zəng etməsin"
25 Fevral 2016 14:21 MədəniyyətBu gün səhər saatlarında vəziyyəti pisləşən İlhamə Quliyevaya ilk təcili yardım çağrılıb. Həkim müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Xalq artisti İlhamə Quliyevanın vəfatı ilə bağlı onun illərdir düşmən münasibətində olduğu xalq artisti Flora Kərimovaya müraciət etdik. Müğənninin telefonuna köməkçisi cavab verdi. O, primetime.az-ın əməkdaşının sözünü yarımçıq kəsdi: "Bilirəm, İlhamə Quliyevanın ölümünə görə zəng etmisiniz. Flora xanım bu haqda heç bir jurnalistə müsahibə verməyəcək. Heç kim bir daha zəng etməsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31