Tolik İlhamənin düşmənlərindən yazdı
25 Fevral 2016 14:20 MədəniyyətXalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib. Milli.Az bildirir ki, prodüser Tolik (Tarix Əliyev) xalq artistinin ölüm xəbərinə sevinən müğənnilərə İnstaqram səhifəsində bunları yazıb:
"Deyirəm, bəzi müğənnilər, səhifəsində "Ura, İlhamə Quliyeva öldü" yazanlar elə bilirlər ki, ataları, anaları dünyanı turub gedəcək? Bu ölümə sevinənin gec-tez qapısında da belə gün olacaq!!! Allah ona həyatında şan-şöhrət, pul verdi, bəzilerinin cavabını vaxtında verdi, əsas odur ki, ölənə qədər də qabağından yemədi, yedizdirdi! Allah rəhmet eləsin! Bəzileri indi guya sevinir, kül başınıza! Qapınızda olanda kimlərsə də sevinəcək. Ölüm haqdır, rahat öldü, yatağa düşmədi, heç kimə möhtac olmadı, qoymadı yatağında onu gəlib zeif görsünlər".