İlhamə Quliyeva vəfat edib
Xalq artisti bu gün səhər saatlarında keçinib
25 Fevral 2016 13:59 MədəniyyətAzərbaycanın xalq artisti İlhamə Quliyevanın vəfat edib. Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından Anspress-ə verilən məlumata görə, bu gün səhər saatlarında xalq artistinin səhhəti pisləşib. Onun ailəsindən çağırış olub. İfaçı həkim müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. İlhamə Quliyeva insultdan vəfat edib. Müğənni Samiranın verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi. "O Tolikin ad gününə də ağır vəziyyətdə getmişdi. Əslində ora da getməməli idi. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayağlarında ağrılar olurdu. Lakin bunu biruzə vermirdi".
Xatırladaq ki, bir müddət öncə xalq artisti, müğənni İlhamə Quliyeva istintaqa cəlb edilib. Bu barədə ANS PRESS-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilərək ifadəsi alınıb. Xalq artistinin səhhətində problem yaranıb. Bu səbəbdən də onun ifadəsi yaşadığı evdə alınıb.

Ötən ilin sonunda ifaçı köməkçisi Mehriban Hüseynovanı dələduzluqda ittiham edib. Xalq artisitinin sözlərinə görə, köməkçisi onu öldürmək istəyib. Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də edib. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.
Müğənni Tükəzban İsmayılovanın qızıdır.