Xalq artisti İlhamə Quliyevanın ölüm səbəbi açıqlanıb
25 Fevral 2016 13:37 Mədəniyyət"Həkim rəyinə əsasən İlhamə Quliyeva ürək çatışmazlığından vəfat edib". Bunu jurnalistlərə açıqlamasında mərhum xalq artistinin qohumu, müğənni Əli Mirəliyev deyib. Onun sözlərinə görə, səhər saatlarında İlhamə Quliyevanın ürəyində problem yaranıb: "Köməkçisindən məni və qızımı çağırmasını istəyib, on dəqiqə içərisində vəfat edib".
Qeyd edək ki, Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarında vəfat edib. Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ. Quliyeva dünyasını dəyişib. İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakıda anadan olub. APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31