İlhamə Quliyevadan ŞOK VƏSİYYƏT: "Mən öləndə torpağa qoymasınlar..."

Xalq artisti, estrada səhnəsinin "primadonnası" İlhamə Quliyevanın vəfat etməsi gündəmin əsas xəbərlərindən biri olub. Hadisə mərhumun vəsiyyətini də gündəmə gətirib.  İlhamə Quliyeva bir müddət öncə ATV-nin "Onlar" verilişində bildirmişdi ki, o, öləndə torpağa qoyulmağını istəmir:

"Mən istəmirəm ki,  öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də "krujevalarla" bəzəsinlər. Eyni zamanda, tabutun açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm ki, qurd-quşdan qorxuram".

İlhamə Quliyeva deyib ki, o, yaxınlarına tabutla dəfn olunmaq istədiyini vəsiyyət edib.  İndi yaxınlarının mərhumun vəsiyyətinə əməl edib-etməyəcəkləri bilinmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31