Aytac Vidadiqızı: "Sənətin dəyərini bilməyənlərə ar olsun"

Azərbaycanlı müğənni Aytac Vidadiqızı Türkiyə Musiqi Birliyinin üzvü olub. "Olaylar"az-a bu haqda ifaçının özü məlumat verib: "Çox sevinirəm. Türkiyədə dəyərimi bilənlər var. Sənət hər yerdə sənətdir. Əsl sənətin dəyərini bilməyənlərə ar olsun. Şükür ki, mənim burada sevənlərim var. Amma məni hörmətlə qarşılamaları Türkiyəni mənə daha da doğmalaşdırdı. İnşallah, Allah mənim kimi hər kəsin yolunu açıq etsin".

Qeyd edək ki, Aytac Vidadiqızı Türkiyədə "Bu şəhərdən get" adlı klip çəkdirib. Bundan başqa türkiyəli müğənni Linet həmyerlimizin "Qırmızı həyat" mahnısını ifa etmək üçün icazə alıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31