Sevin və Sevil bacıları ilk çərşənbə günü müğənni-bəstəkar Ceyhun Əliyevin qapısına qulaq falına çıxıblar VIDEO

Gecce.az xəbər verir ki, evdən musiqi səsi eşidən bacılar Ceyhunun evində qonaq olub. Onları Ceyhunla birgə yaş yarımlıq qızı qarşılayıb. Müğənninin azyaşlı övladı qonaqlar üçün mahnı zümzümə edib. Həyat yoldaşı ilə diş həkimində tanış olduğunu bildirən C.Əliyev xoşbəxt olduğunu qeyd edib: "Elçi getməyə hazırlaşırdıq. Eşitdilər ki, müğənniyəm, qızı mənə vermək istəmədilər. Sağ olsun, Ədalət Şükürovu irəli durdu və mənə elçilik etdi. Ədalətə söz verdim ki, onu peşiman eləməyəcəm. Şükür ki, Allah bizə gözəl günlər nəsib elədi". Daha sonra Sevil və Sevinc bacıları Ceyhunun xanımının bişirdiyi təamlardan dadıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31