Elnarə Abdullayeva ilə Xatirə İslam barışdı
16 Fevral 2016 11:25 MədəniyyətŞou-biznesdə növbəti barışığa imza atılıb. SİA-nın verdiyi xəbərə görə, əməkdar artist Elnarə Abdullayeva ilə müğənni Xatirə İslam barışıb. Belə ki, çəkiliş məkanlarının birində qarşılaşan məşhur xanımlar qucaqlaşaraq aralarında yaranan incikliyə son qoyublar. Daha sonra onlar səmimi fotolarını sosial şəbəkədə paylaşaraq, barışdıqlarını hər kəsə bəyan ediblər.
Qeyd edək ki, E.Abdullayeva ilə X.İslamın aralarında incikliyin yaranmasına səbəb xanəndənin "Oğluma heç vaxt müğənni qız almaram" sözləri ifaçını qəzəbləndirmişdi və qarşı tərəfə sərt reaksiya vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31