Müğənninin canlı yayımda halı pisləşdi, xəstəxanalıq oldu - FOTO

Türkiyənin populyar müğənnisi Zerrin Özer "TRT müzik" kanalında yayımlanan "Anılarınla Gel" verilişinin canlı yayımında özündən gedib.

Milli.Az "Hürriyet"ə istinadən bildirir ki, sənətçi təcili şəkildə xəstəxanaya aparılıb. Onun halının pisləşməsi təzyiqinin aşağı olması ilə əlaqələndirilib. 1 saat sonra evə buraxılan müğənni açıqlamasında yaxşı olduğunu bildirib.

Qeyd edək ki, müğənni bir neçə həftə əvvəl həkiminin səhlənkarlığına görə əlil arabasına məhkum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31