"O səs Türkiyə"nin qalibləri haradadır? - "Elnur da unuduldu..." - FOTO

Bir neçə gün əvvəl müğənni Cem Adrian "O səs Türkiyə"ni tənqid edərək oradakı iştirakçıların təşkilatçı Acun Ilıcalıya pul qazandrıb, sonra isə unudulduqlarını demişdi.axşam.az bildirir ki, Türkiyə mətbuatında bu açıqlamanı haqlı sayanlar da az olmayıb. Tanınmış saytlardan biri "O səs Türkiyə" qaliblərinin yarışdan sonrakı karyeralarını araşdırıb:"Birinci mövsümün qalibi - Murad Bozun komandasından Oğuz Berkay Fidan birinci olanda hələ 17 yaşında idi. Yarışdan sonra Muradla "Olmuyor" adlı sinql buraxsa da, uğurlu olmadı. Qısa müddətdə unuduldu.İkinci mövsüm - Mustafa Sandalın komandasından Mustafa Bozkurt yarışdan sonra yaddaşlardan silindi.Üçüncü mövsüm - Gökhan Özoğuzun komandasından Hasan Doğru qalib olduqdan sonra gündəmə gəldiyi yeganə hadisə arıqlaması olub.Dördüncü mövsüm - Ebru Gündeşin komandasında yarışan azərbaycanlı Elnur Hüseynov qalib olduqdan sonra Azərbaycanı "Eurovision"da təmsil etdi. Lakin türk musiqi dünyasına daxil ola bilməyən Elnur unuduldu."O səs Türkiyə" tarixində qalib olmasa da, yarımfinalda uduzan, musiqi dünyasında adından söz etdirən yeganə iştirakçı İrem Dericidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31