Məşhur aktyorun serialdan ayrılıq səbəbi şoka saldı
Aktyorun imici səbəbindən bəzi addımları atmağa məcbur edildiyi qeyd edilib
28 Yanvar 2016 07:12 MədəniyyətTürkiyədə özəl tele-kanallardan birində nümayiş olunan "Arka Sokaklar" serialında ayrılıq yaşanıb. ANS PRESS-in məlumatına görə, Murad komissar obrazını canlandıran aktyor Uğur Pektaş serialdan ayrılıb. Bu barədə aktyorun sosial şəbəkədəki fan səhifəsində məlumat yayılıb. Məlumatda, istəmədiyi işlərə məcbur edildiyi üçün Pektaşın filmdən ayrıldığı qeyd edilib.
"Arka Sokaklar serialının Murad komissarı Uur Pektaş baş verən bəzi mənfi hadisələrə görə, istəmədiyi şeylərə məcbur edildiyi və bunları qəbul etmədiyi üçün 385-ci seriyadan sonra serial heyətindən ayrılır və müqaviləsinə ikitərəfli xitam verilir. Bundan sonra seriala əsla qayıtmayacaqdır." - deyə açıqlamada yazılıb.
Sosial şəbəkədə "Arka sokaklar"ın pərəstişkarları tərəfindən kəskin tənqid atəşinə tutulduğu üçün aktyorun serialdan ayrılması barədə ikinci açıqlama yayılıb. Növbəti açıqlama serial pərəstişkarlarını şoka salıb. Çünki bu açıqlamada aktyorun imici səbəbindən bəzi addımları atmağa məcbur edildiyi qeyd edilib.
"Uğur Pektaş serialdan kefi istədiyi üçün yox, şərtlər belə tələb etdiyi üçün ayrılmağa məcbur olub. Çünki uzun saçı və geyimi polis imicinə uyğun deyilmiş. Polis idarəsi şikayət edib və saçının, saqqalının və geyiminin intizamlı olması tələb olunub. Bu şərtləri qəbul etməyən Pektaş prodüsserlə danışaraq müqaviləyə ikitərəfli xitam verib. Burda nə Uğur Pektaşın, nə prodüsser şirkətinin, nə də başqasının günahı var. Şərtlər belə tələb etdi və Uğur Pektaş serialdan ayrıldı."
"Arka sokaklar" serialı Türkiyənin özəl kanallarından birində 10 ildir nümayiş olunur. Türkiyə, Şimali Kipr və Bolqarıstanda nümayiş olunan serialın Azərbaycanda da kifayət qədər tamaşaçısı var. Serialda əsas rolları Zafer Ergin (Rza baba), Şevket Çoruh (Mesud komissar), Özgür Ozan (Hüsnü komissar), Uğur Pektaş (Murad komissar) və Alp Korkmaz (Əli komissar) canlandırır.