Məşhur müğənni kişiləri hamamda şoka saldı (FOTO)
"Kişilər hamama girərkən məni bu vəziyyətdə gördülər"
4 Noyabr 2015 10:13 MədəniyyətRusiyalı müğənni və aktrisa Anna Semyonoviç 90-cı illərin məşhur müğənnisi Sabrinanın "Boys" adlı hitini oxumağa qərar verib.ANS PRESS-in məlumatına görə, gözəgəlimli bədən qurluşuna malik aktrisa mətni bir az dəyişib, onu rus dilinə köçürüb və hətta klip çəkməyə də vaxt tapıb.Rusiyalı müğənni və aktrisa Anna Semyonoviç çılpaq şəkillər çəkdirməklə yenidən gündəmə gəlib. Klip çəkilişləri üçün Anna Semyonoviç qeyri-adi yer seçib. Çəkilişlər fitnes mərkəzdə keçib: Anna zalda məşğul olub, hovuzda üzüb həmçinin hamamda özünü buğa verib.Maraqlısı odur ki, çəkilişlər zamanı Semyonoviç yad adamların mane olmaması və təsadüfən kadra başqa şəxslərin düşməməsi üçün digərləri kimi ayrıca yer kirayələməyib. Mərkəzin adi ziyarətçiləri çəkiliş prosesini canlı şəkildə öz gözləri ilə müşahidə edə biliblər. Onlardan bir çoxu Annanı hamamda gördüklərinə görə şok keçirib."Kişilər hamama buğa verilməyə girərkən əlimdə süpürgə çimərlik geyimində məni gördülər və dedilər: "Ay aman, bizə gör neçə hamamçı gətiriblər", - deyə Anna bıldirib.Ötən il Anna Semyonoviç çılpaq şəkillər çəkdirməklə gündəmə gəlmişdi. Mavriki adalarında dincələn rus gözəlçəsi dalğıc paltarında çəkdirdiyi şəkilləri özünün İnstagram səhifəsində paylaşıb, Çimərlik paltarında çəkdirdiyi şəkilinin altında isə Anna Semyonoviç "Kişilər bu foto sizin üçündür!" sözlərini yazmışdı.