İradə İbrahimova qaynanasının FOTOsunu paylaşıb, bunları yazdı

Ötən ay ikinci övladını dünyaya gətirən müğənni İradə İbrahimova etiraf edib.

Gecce.az xəbər verir ki, qaynanası Zəfər xanımın iki uşağı ilə fotosunu İnstagram-da paylaşaraq, bunları yazıb:

"Qaynanamın hal-hazırki vəziyyəti. Deyəsən, bir az qısqanırıq nənəmizi. Mənim fədakar, ürəyi gozəl, özündən başqa hər kəsi düşünən, heç bitməyən sevgisiylə, ilgisiylə bizi sarıb-sarmalayan. Buradakı əlim, qolum, yeri gələndə rəfiqəm, yeri gələndə anam. Başımı sinəsinə qoyub rahatlıqla ağlaya biləcəyim, sirr ortağım və nəhayət "qaynanalıqdan" başqa mənə hər şey edən, heç bir şübhə olmadan rahatlıqla "anam" dediyim Zəfər xanım!

Allah başımızdan əksik eləməsin. Allah uzun ömür, sağlıq versin. Yoxluğunu göstərməsin. Çox şey öyrəndim sayəndə, canım anam. Evlilikdəki səbrimi və daha bir çox şeyi sənə borcluyam. Etdiklərin üçün nə qədər təşəkkür etsəm, azdır. Ürəyimdən gəldi bunları yazmaq. Böyüklərimizin qədrini bilək. Sayğıda qüsur etməyək. Gülxəndə xanımın (İradə xanımın anası - red.), Zəfər xanımın simasında bütün analarımıza uzun ömür, can sağlığı diləyirəm. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31