Kriminal
Quba sakinindən marixuana götürülüb
Quba sakinində narkotik vasitə aşkar edilib.
Sürücünü bıçaqla hədələyənlər saxlanıb
Avqustun 6-da Daşkəsən rayonunun Xoşbulaq kəndində Səbuhi Hətəmovu Tural adlı tanışı 3 naməlum şəxslə birgə “VAZ-2121” markalı avtomobilə zorla oturdub dağlıq əraziyə apararaq bıçaqla hədələyib 500 manat pul tələb edib, vermədiyindən bıçaqla ona yüngül xəsarət yetirib. DİN-dən verilən məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini Tural Əhmədov və Göygöl rayon sakini Ayxan Hüseynli tutulublar. Faktla bağlı araşdırma aparılır.
Ağstafa sakinindən narkotik vasitələr götürülüb
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dağkəsəmən kənd sakini Novruz Eyyubovun həyətyanı sahəsinə baxış keçirilib.
Evdən pul aparan şəxs tutulub
Avqustun 8-də Bakı şəhər sakini İbrahim Həsənzadəyə məxsus evdən 116 manat pul oğurlanıb. DİN-dən veriləın məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Astara rayon sakini Elməddin İslamzadə tutulub.
Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları məhv edilib
DİN-dən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsülü kənd sakini Tamella Nəsirovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Batumidə aldadılan azərbaycanlı turistlərdən XƏBƏR VAR
Azərbaycanın Batumidəki Baş konsulluğu azərbaycanlı turistlərin Batumidə aldadılması ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib.
Şahin Sultanovun cinayət işini araşdıran müstəntiqin məhkəməsi başlayır
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Vüqar Məmmədlinin barəsində olan cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
Bakıda məscidi partlatmaq istəyən şəxsin şikayəti təmin edildi
Ali Məhkəmədə Qaraçuxur qəsəbəsindəki məscidə partlayıcı vasitə atmaqda təqsirləndirilən Elnur Ələkbərovun kassasiya şikayətinə baxılıb.
Nardaranda terror aksiyalarına hazırlığın detalları bəlli olur
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Neftçala sakinindən 1,5 qram heroin götürülüb
Naftşala rayon sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Yardımlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini Samir Quliyevdən 1 kiloqram 5 qram heroin götürülüb.
3 avtomobil oğurlayan şəxs yaxalanıb
Bakıda avtomobil qaçıram şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də Səbail rayonu ərazisindən Rövşən Ələkbərova məxsus “VAZ-2101” markalı və Sabunçu rayonu ərazisindən Vaqif Cavadova məxsus “VAZ-2107” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini Elton Zeyniyev tutulub.
Evdən 30 min manatlıq qızıl apardı
Avqustun 7-də Bakı şəhər sakini Rza Qurbanovun evindən 30.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Əfqan Hüseynov tutulub. Araşdırma aparılır.
Su borusu oğurlayanlar tutulub
Avqustun 10-da Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Məkkə Məmmədovaya və Bənam İsmayılovaya məxsus həyətyanı sahələrdən ümumilikdə 148 metr su borusu oğurlanıb DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - həmkəndliləri Bəkir Bəkirov və Adil Səmədov saxlanılıblar.
Mağazadan oğurluq edən saxlanıb
Şəkidə oöurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də şəhər sakini Məhəbbət Abdullayevaya məxsus mağazadan 700 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Şaban Abdulhəşimov tutulubAraşdırma aparılır.
Keçmiş İŞİD döyüşçüsüylə bağlı məhkəmə QƏRAR VERDİ
Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Telman Bəkirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.














