Sürücünü bıçaqla hədələyənlər saxlanıb
Avqustun 6-da Daşkəsən rayonunun Xoşbulaq kəndində Səbuhi Hətəmovu Tural adlı tanışı 3 naməlum şəxslə birgə “VAZ-2121” markalı avtomobilə zorla oturdub dağlıq əraziyə apararaq bıçaqla hədələyib 500 manat pul tələb edib, vermədiyindən bıçaqla ona yüngül xəsarət yetirib. DİN-dən verilən məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini Tural Əhmədov və Göygöl rayon sakini Ayxan Hüseynli tutulublar. Faktla bağlı araşdırma aparılır.
12 Avqust 2016 15:13 KriminalAvqustun 6-da Daşkəsən rayonunun Xoşbulaq kəndində Səbuhi Hətəmovu Tural adlı tanışı 3 naməlum şəxslə birgə "VAZ-2121" markalı avtomobilə zorla oturdub dağlıq əraziyə apararaq bıçaqla hədələyib 500 manat pul tələb edib, vermədiyindən bıçaqla ona yüngül xəsarət yetirib. DİN-dən verilən məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini Tural Əhmədov və Göygöl rayon sakini Ayxan Hüseynli tutulublar. Faktla bağlı araşdırma aparılır.