Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları məhv edilib
DİN-dən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsülü kənd sakini Tamella Nəsirovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
12 Avqust 2016 15:10 KriminalDİN-dən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsülü kənd sakini Tamella Nəsirovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Gədəbəy RPŞ əməkdaşları tərəfindən Soyuqbulaq kəndi ərazisindən ümumi çəkisi 430 kiloqram olan 350 ədəd, "Qızılca meşəsi" adlanan meşə zolağından ümumi çəkisi 365 kiloqram olan 310 ədəd, Novo Saratovka kəndi ərazisindən ümumi çəkisi 1ton 214 kiloqram olan 2460 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.