Kriminal

6 kəndin sakinlərinə 10 min manatlıq ziyan vuran dəstə saxlanıldı - VİDEO - FOTO

1 Noyabr 2016 11:56

Başqasının mal-qarasına qənim kəsilənlərə indi iş kəsiləcək. Samuxda saxlanılan 3 nəfərdən ibarət olan dəstənin son iki ay ərzində rayonun müxtəlif kəndlərində xeyli sayda iri və xırdabuynuzlu heyvan oğurladığı müəyyənləşib. Polisin çoxsaylı müraciətlər əsasında apardığı axtarış cinayətkarları iş başında yaxalamağa imkan verib. 

Maşallah Əhmədov məhkəmədə dava saldı

1 Noyabr 2016 11:45

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Sumqayıtda axtarışda olan dəstə üzvləri tutulublar

31 Oktyabr 2016 19:01

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Nəbi Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşları Miri və İmranı döyməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Səfərov, Ehtiram Əliyev, Pərviz Quliyev və Bakı şəhər sakini Fərid Əsgərov tutulublar.

Abşerondan qaçırılan avtomobil Qazaxda saxlanıb

31 Oktyabr 2016 16:44

Oktyabrın 20-də Abşeron rayon sakini Rahib Cəbrayılova məxsus "Mercedes" markalı avtomobilin oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Mersedes” markalı avtomobilin dövlət qeydiyyat nişanları üzərində olan "Hyundai" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb. Avtomobil sürücüsü - Bakı şəhər sakini Elman Novruzovla birlikdə Qazax RPŞ-yə təhvil verilib.

Sumqayıt sakinindən 10 kq narkotik vasitə götürülüb

31 Oktyabr 2016 16:42

Sumqayıt sakinindən narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Turan Kərimovdan 9 kiloqram 760 qram marixuana və 1 kiloqram 25 qram tiryək götürülüb.

Evdən 10 min manatlıq qızıl aparan tutulub

31 Oktyabr 2016 16:22

 Oktyabrın 29-da Yasamal rayonu ərazisində yaşayan Vüqar Mustafayevin evindən naməlum şəraitdə 10 min manat dəyərində qızıl, gümüş və məişət əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bəsti Nəcəfova tutulub.

Evdən oğurluq edənlər saxlanıb

31 Oktyabr 2016 16:21

Oktyabrın 29-da Bakı şəhər sakini Şakir Allahverdiyevə məxsus evdən 1000 manat pul və geyim əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri Müşfiq Əliyev, Ramil Dadaşov, Ceyhun Abbasov və qardaşı Cavid tutulublar. C.Abbasovdan 0,191 qram, qardaşı Caviddən 0,185 qram, R.Dadaşovun evinə baxış zamanı isə oradan 0,55 qram heroin aşkar edilərək götürülüb.

“Canik”in batırdığı pullar uğrunda mübarizə: Babayevlər uduzur

31 Oktyabr 2016 16:02

Azərbaycan Beynəlxalq Bankı Rusiyanın Sankt-Peterburq şəhərinin Arbitraj məhkəməsində biznesmenlər Malik və Elşən Babayevlərə məxsus “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ilə çəkişməni udub.

Çovdarovun məhkəməsində qalmaqal: "Bu adam minlərlə baş kəsib..."

31 Oktyabr 2016 16:00

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və onun tabeliyində olmuş idarə rəislərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasını keçirməyə növbəti dəfə cəhd olunub.

3 qardaşı bıçaqlayan 4 nəfər tutulub

31 Oktyabr 2016 15:47

Sumqayıt polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Nəbi Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşları Miri və İmranı döyməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Səfərov, Ehtiram Əliyev, Pərviz Quliyev və Bakı şəhər sakini Fərid Əsgərov tutulublar. DİN-dən verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri ilə onların iyulun 25-də Sumqayıt şəhər sakini Ziyafət Novruzova bıçaqla az ağır zərər yetirmələri, 2013-cü il noyabrın 4-də Əflatun Seyidova qarşı xuliqanlıq etmələri, ötən il dekabrın 12-də Babək Allahverdiyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaları, habelə yanvarın 22-də Röyal Səfərovun münaqişə zəminində Fərid Əsgərova bıçaqla xəsarət yetirməsi də müəyyən edilib.

Kərə yağı və şirniyyat qutularının içərisində siqaret keçirmək istədi

31 Oktyabr 2016 15:08

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

7 ədəd mobil telefon aşkar edilib

31 Oktyabr 2016 15:02

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Bakıda qanunsuz mərc və qumar oyunları təşkil edən şəxslər saxlanılıblar

31 Oktyabr 2016 14:32

Ölkədəki idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portalları və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması, həmin oyunları müvafiq icazə olmadan təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Akif Çovdarovun vəkilinin vəsatəti təmin olunub- YENİLƏNİB

31 Oktyabr 2016 14:01

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.