Kriminal
Akif Çovdarovun həbsxanada ölən sahibkarın əmlakını ələ keçirməsi ilə bağlı bəzi faktlar məlum olub
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Nəzarət Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun cinayət işi üzrə bəzi detallar məlum olub.
"Qızıl Məryəm"in qızına 18 il CƏZA verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda tanınmış qızıl alverçisi olan Məryəm Nemətzadəni öldürməkdə təqsirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazovvə Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azərbaycan ikili vətəndaşlığı olan şəxsi “İnterpol” xətti ilə axtarışa verib
Azərbaycan Respublikası (AR) daha bir şəxsi “İnterpol” xətti ilə beynəlxaq axtarışa verib. “Report”un xəbərinə görə, Nazim Aslanov adlı şəxs AR Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunur.
Azərbaycanlı oliqarxın yaxın dostu və ortağı həbs olundu
Rusiyada daha bir iri biznesmen-oliqarx hüquq-mühafizə orqanlarının caynağına keçib. Olaylar.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən həftənin ortalarında "İnkişaf Korporasiyası" Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Maslov və onun müavini Vladimir Karamanov həbs olunublar. Onlar hazırda ləğvetmə prosesində olan "Narodnıy kredit" bankından 1 milyard rubl (15 milyon dollara yaxın) krediti götürüb mənimsəməkdə ittiham olunurlar.
Həmyerlisini bıçaqlayan ələ keçib
Qusar rayonunda bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon sakini Ramiz Mirzəcanova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən həmyerlisi Vüsal Fərzəliyev tutulub. Araşdırma aparılır.
Dəhşətli avtoqəzada 3 nəfər ölüb, 4-ü yaralanıb
Oktyabrın 31-də saat 21 radələrində Nizami (Gəncə) rayonunun Sevinc qəsəbəsində Gədəbəy rayon sakini Rafiq Hüseynovun idarə etdiyi "VAZ-2106" və Şəmkir rayon sakini Ricad Qafarovun idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə R.Hüseynov və sərnişini Nicat Ələkbərov, habelə R.Qafarovun sərnişinlərindən Vüsal Əhmədov hadisə yerində ölmüş, R.Qafarov və 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Telefon oğrusu saxlanıb
Sentyabrın 28-də Bakı şəhər sakini Asif Hüseynova məxsus mobil telefon itib. DN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ziya Fəttayev tutulub. Faktla bağlı araşdırma aparılır.
İnək oğrusu tutulub
Ağcabədidə oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon sakini Məcid Həsənova məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən həmyerlisi Rəşad Əlbəndov tutulub. Hazırda onun digər oğurluq hallarında iştirak məsələsi araşdırılır.
Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu - Şok iddia
Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş "göyərti kralı" Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüblər.
Avropanın həsəd apardığı bombardir
Avropanın milli çempionatlarının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, qitənin ən yaxşı bombardirlərinin orta hesabla hər qola neçə dəqiqə sərf etdiyi üzə çıxarılıb.
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə zərərçəkmiş ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ŞOK AÇIQLAMA: "İlhamə Quliyeva mənə pul təklif etdi ki, həyat yoldaşımı öldürüm"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Olaylar.az APA-ya istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M. Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov ifadə verib.
Azərbaycanda üç gün ərzində qanunsuz ov edən 6 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə bir neçə reydlər keçirilib. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib.














