Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşdı: yaralılar var

Noyabrın 2-də səhər saatlarında Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Trend-ə verilən məlumata görə, Şabran rayonunun Dəvəçi kəndi ərazisində baş verən yol qəzası nəticəsində Quba rayon sakini, 1958-ci il təvəllüdlü Abasquliyev Telman Cərulla oğlu döş qəfəsinin sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti kafi qiymətləndirilir. Xəsarət alan T.Abasquliyev "Hyundai" markalı sərnişin avtobusunda olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan 27 AC 622 dövlət nömrə nişanlı, "Hyundai" markalı sərnişin avtobusu ilə 99 XP 579 nömrə nişanlı "Ford" markalı yük maşını ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.

-----------

11:04

Şabran rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Qəndob-Yalama avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Xaçmaz-Şabran sərnişin avtobusu "Ford" markalı yük maşını ilə toqquşub və avtobus aşıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Yaralıların olduğu bildirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31