Yenə oğurluq əməlinə görə saxlanıldı

Bakının Xətai rayonunda oğurluq hadisələri qeydə alınıb.

DİN-dən verilən məlumata görə, naməlum şəxs əvvəlcədən müşahidə etdiyi iki mənzilə daxil olub və 7500 manat, 500 dollar nağd pul, həmçinin 550 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı B. Məsimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31