Müşfiq Abbasovun barəsində 15 gün müddətinə inzibati həbs qərarı verildi

Baş Prokurorluğun təqdimatı əsasında Yasamal rayon Məhkəməsi hüquqşünas Müşfiq Abbasovun 15 gün müddətinə inzibati qaydada həbs olunması barədə qərar verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib və məhkəmənin 23.02.2026-cı il tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31